İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında 77 sənəd imzalanıb, 10 sənəd baxılmaqdadır. İmzalanmış mühüm sənədlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında Saziş (Layihə: qaçqınlara təcili yardım proqramı). Bakı, 11 aprel 1995.

Azərbaycan Respublikasının 131-IQ saylı, 25 iyun 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmişdir.

2. Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında hava daşımaları haqqında Saziş. Bakı, 27 iyul 1995

AR XİN-nin 5/11-441/03 saylı, 11 mart 2003-cü il tarixli Notası təqdim edilmişdir.

Almaniya tərəfinin 293/2006 saylı, 30 oktyabr 2006-cı il tarixli Notası göndərilmişdir.

11 aprel 2003-cü il tarixindən qüvvəyə minmişdir.

5 mart 2007-ci ildə BMT Katibliyində qeydə alınmışdır.

3.Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında mədəni əməkdaşlıq haqqında Saziş. Bakı, 22 dekabr 1995. 

4.Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Müqavilə. Bakı, 22 dekabr 1995.

Azərbaycan Respublikasının 130-IQ saylı, 25 iyun 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmişdir.

5.Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında münasibətlərin əsasları haqqında Birgə Bəyanat. Bakı, 22 dekabr 1995.

6.Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında Sovet Sosialist Respublikaları İttifaqı ilə Almaniya Federativ Respublikası arasında bağlanmış Müqavilələrin qüvvədə qalması haqqında Protokol. (Müqavilələrin qüvvədə qalması haqqında Protokol). Bonn, 2 iyul 1996.

Azərbaycan Respublikasının 144-IQ saylı, 16 iyul 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmişdir.

7. Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Saziş. 8 dekabr 1997.

Azərbaycan Respublikası Prezidentinin 12 saylı, 22 noyabr 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

8. Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş. Berlin, 25 avqust 2004.

Azərbaycan Respublikasının 836-IIQ saylı, 1 mart 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.

28 dekabr 2005-ci il tarixində Ratifikasiya Fərmanlarının mübadiləsi həyata keçirilmiş və 28 dekabr 2005-ci il tarixindən qüvvəyə minmişdir.

9.Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Almaniya Maliyyə Əməkdaşlığı (KFW) təşkilatı arasında “Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı”nın hazırlanması üzrə Anlaşma Memorandumu. Bakı, 8 sentyabr 2004.

10.Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş. Bakı, 9 mart 2006.

Azərbaycan Respublikası Prezidentinin 1407 saylı, 7 aprel 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. 18 aprel 2006-cı il tarixindən qüvvəyə minmişdir.

11. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Almaniya Federativ Respublikası Gömrük İdarəsinin Birgə Bəyanatı. Bakı, 27 avqust 2007.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında əmək və sosial siyasət sahəsində əməkdaşlıq haqqında Anlaşma  Memorandumu. Bakı, 28 aprel 2008.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Birgə Niyyət Bəyanatı. Berlin, 11 noyabr 2008.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlığa dair Birgə Bəyanat. Berlin, 11 iyun 2009.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 726 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

15. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında ikitərəfli əməkdaşlığa və qarşılıqlı yardıma dair Birgə Niyyət Bəyannaməsi. Berlin, 8 iyun 2009.

İmzalandığı gündən qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Prezidentinin 449 saylı 27 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

16. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) arasında təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı, 18 mart 2009.

Azərbaycan Respublikası Prezidentinin 454 saylı 27 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

17. Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı, 12 oktyabr 2009.

18. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Birgə Niyyət Bəyannaməsi. Bakı, 26 aprel 2010.

19. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında ticarət və investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu. Berlin, 5 may 2011.

20. Almaniya Federativ Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Bakıda Alman – Azərbaycan Xarici Ticarət Palatasının təsis edilməsi haqqında razılaşma. Bakı, 14 mart 2012.

Arxiv üzrə axtarış