Konsulluq qeydiyyatı

Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında Almaniyada daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin konsulluq bölməsində uçota alınırlar.

Azərbaycan Respublikasının vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün tələb olunan sənədlər:

  • Anket (Almaniya Federativ Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşayanlar üçün (anket tam şəkildə doldurulmalıdır));
  • Almaniya Federativ Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayış icazəsi verən sənədin surəti (Aufenthaltstitel);
  • 1 ədəd rəngli fotoşəkil (3x4);
  • Ümumvətəndaş pasportunun əsli və surəti.

Qeyd: Konsulluq qeydiyyatının aparılması məqsədilə vətəndaşlar şəxsən və ya poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər.

Şəxsən müraciət olunduğu halda növbə götürmədən Səfirliyin konsulluq bölməsinə gəlmək mümkündür. Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.

Poçt vasitəsilə müraciət olunduğu halda, ümumvətəndaş pasportunun poçtla geri göndərilməsi üçün üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin (“Luftpolsterversandtaschen” tipli zərf tövsiyə olunur) və sifarişli məktub (“Einschreiben”) üçün 5 (beş) avro məbləğində poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır. Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

 

Son yenilənmə tarixi: 15 fevral 2022-ci il

 

Arxiv üzrə axtarış