VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən Almaniya Federativ Respublikasında daimi/müvəqqəti yaşayan Azərbaycan Republikası vətəndaşlarına onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
Tələb olunan sənədlər
- Müvafiq təkrar şəhadətnamə üzrə Ərizə:
- Doğumun qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Ölümün qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Nikahın qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Nikahın pozulmasının qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- Ərizə verən şəxsin Almaniya Federativ Respublikasında daimi/müvəqqəti yaşadığını təsdiq edən sənəd(lər);
- Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).
İştirak etməli olan şəxslər
- Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
- Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
- Ölənlər barəsində - onların qanuni varisləri;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Dövlət rüsumu
- dövlət rüsumunun Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz (COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000; IBAN:DE73100400000266153601) (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3.5.-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə 9 EUR (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) məbləğində dövlət rüsumu müəyyən olunmuşdur);
- 2 AZN dövlət rüsumu aşağıda məlumatları qeyd olunan ünvana ödənilməli və qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
B1. Benefisiar (alan bank)
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ85NABZ01360100000003003944
SWIFT BIK: CTREAZ22XXX
B2. Alan müştəri
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti
Hesab nömrəsi: AZ17CTRE00000000000002117131
VÖEN: 1403006271