Ümumi məlumat
Səfirliyin konsulluq bölməsi ilə əlaqə:
Poçt ünvanı: Botschaft der Republik Aserbaidschan
Konsularabteilung
Hubertusallee 43
14193 Berlin
Telefon nömrəsi: +49 (0)30 206 480 63
Faks nömrəsi: +49 (0)30 219 161 52
Elektron poçt: consul_berlin@mission.mfa.gov.az
Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI:
Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.
Səfirliyin konsulluq bölməsi ilə telefonla əlaqə saxlamaq üçün ZƏNG SAATLARI:
Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 15:00-dan - 17:00-dək
Çərşənbə axşamı və Cümə axşamı günləri saat 09:00-dan - 12:00-dək
Müvafiq müraciətlər həmçinin Səfirliyin konsulluq bölməsinin elektron poçt ünvanına (consul_berlin@mission.mfa.gov.az) ünvanlana bilər.
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. Səfirliyin konsulluq bölməsinə şəxsən gəldiyiniz halda, konsulluq əməliyyatları üçün nəzərdə tutulan dövlət rüsumları bank kartı ilə POS-terminal vasitəsilə ödənilə bilər.
Diqqət!: Vətəndaşın şəxsi iştirakı ilə həyata keçirilən konsulluq əməliyyatlar (ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi, etibarnamələrin verilməsi) əvvəlcədən görüş vaxtı (Termin) təyin olunmaqla Səfirliyin Konsulluq bölməsində aparılır. Termin təyin etmək üçün bu linkə daxil olun.
Səfirliyin konsulluq bölməsinə müraciət edən şəxslərin nəzərinə!
COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə şəxsən iştirak tələb olunmayan aşağıda sadalanan konsulluq əməliyyatlarının həyata keçirilməsi üçün hazırda yalnız poçt vasitəsilə müraciət etməyiniz tövsiyə olunur:
- Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi;
- Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi;
- Konsulluq qeydiyyatı;
- Subaylıq və məhkumluq haqqında arayışların alınması;
- Doğum haqqında akt qeydlərinin rəsmiləşdirilməsi;
- Sənədlərin leqallaşdırılması və təsdiq edilməsi;
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün vəsatətlərin qəbulu;
- Nikahın pozulmasına dair AFR məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması məqsədilə müraciətlərin qəbulu.
Qeyd: Sənədlər poçt vasitəsilə geri göndəriləcəyi halda üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin (“Luftpolsterversandtaschen” tipli zərf tövsiyə olunur) və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır. Müraciət edən şəxslərdən tələb olunan sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.
Mövcud gigiyenik və sosial məsafə qaydalarına uyğun olaraq Səfirliyin konsulluğunun qəbul otağında eyni vaxtda məhdud sayda şəxslərin olmasına icazə verilir. Vətəndaşlardan Səfirliyin konsulluğunun qəbul otağına daxil olarkən tibbi maskadan istifadə etmələri xahiş olunur.
Son yenilənmə tarixi: 19.11.2022