Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi ilə bağlı məlumat

Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişdirilməsi ilə bağlı yeni ümumvətəndaş pasportu yalnız vətəndaşın yeni məlumatları özündə əks etdirən şəxsiyyət vəsiqəsi əldə etdikdən sonra icra edilir. Nəzərə alınmalıdır ki, bu əməliyyat hazırda yalnız Azərbaycan Respublikasında aparılır.

Bununla bağlı vətəndaş tərəfindən aşağıdakı tədbirlər görülməlidir.

  1. Məlumat dəyişikliyinə dair Almaniya tərəfindən verilmiş sənədin (nikah haqqında şəhadətnamə və ya digər sənəd) Azərbaycan Respublikasında hüquqi qüvvəyə minməsi üçün həmin sənəd ilk növbədə leqallaşdırılmalıdır. Bununla bağlı Səfirliyin internet səhifəsində “imzaların təsdiqlənməsinə dair qaydalar” ( http://berlin.mfa.gov.az/content/40 ) bölməsində qeyd edilmiş tədbirlər görülməli;
  2. Məlumat dəyişikliyinə dair sənədlər, həmçinin şəxsiyyəti təsdiq edən müvafiq sənədlərlə birlikdə, vətəndaş Azərbaycan Respublikasında qeydiyyatda olduğu ərazi üzrə Polis bölməsi və ya ASAN Xidmət mərkəzlərinə müraciət etməli və yeni şəxsiyyət vəsiqəsi almalıdır;

Qeyd:  yeni məlumatları özündə əks etdirən şəxsiyyət vəsiqəsi əldə edildikdən sonra vətəndaş yeni ümumvətəndaş pasportu rəsmiləşdirilməsi üçün müraciət edə bilər.

Arxiv üzrə axtarış