2016-05-09

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri “9 May Qələbə günü” münasibətilə Berlində keçirilən bayram tədbirlərində iştirak edib

Berlin, 9 may 2016-ci il. Cari ilin 9 may tarixində Almaniyanın paytaxtı Berlində faşizm üzərində qələbənin ildönümü münasibətilə bayram tədbirləri keçirilib. Ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bayram tədbirlərində iştirak edib.

Tədbir iştirakçıları Berlin şəhəri uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı əsgər və zabitlərin də dəfn olunduğu Berlinin Treptov parkında, eləcə də Berlinin Tirqarten parkında yerləşən Sovet əsgərlərinin xatirəsinə həsr olunmuş abidələri ziyarət ediblər və Böyük Vətən Müharibəsinin veteranları ilə görüş keçiriblər. 

Arxiv üzrə axtarış