2017-03-08

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və səfir Ramin Həsənov Berlin Humbolt Universitetində Azərbaycanda alman məskənləri haqda sərgiyə baş çəkiblər

Almaniyada işgüzar səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və Almaniyadakı səfirimiz Ramin Həsənov Berlin Humbolt Universitetində Azərbaycanda alman məskənlərinin 200 illik yubileyinə həsr olunmuş fotosərgiyə baş çəkiblər.

“Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” adlanan fotosərgi Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının, “AvroQafqAsiya” Cəmiyyətinin, Erkən Tarix Muzeyinin, Şərqi Avropa üzrə Alman Mədəniyyət Forumunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi il həyata keçirilir.

Sərgi XIX əsrdə Azərbaycanda və Gürcüstanda məskunlaşmış almanların iqtisadi, mədəni və məişət həyatını, onların yerli əhali ilə münasibətlərini əks etdirən fotoşəkillərdən ibarətdir.

Fevralin 20-də açılan sərgi martın 19-dək Berlin Humboldt Universitetində, daha sonra Almaniyanın bir sıra başqa şəhərlərində, ardınca Bakıda, Göygöldə, eləcə də Gürcüstanda və Ukraynada nümayiş etdiriləcək.

Arxiv üzrə axtarış