2017-04-06

Azərbaycan Berlin Şərq Forumunun “Səfirlərlə görüş” tədbirində təqdim olunub

6 aprel 2017-ci il tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin təşkilatçısı olduğu 5-ci Berlin Şərq Forumu çərçivəsində “Səfirlərlə görüş” tədbiri keçirilib.

Tədbir alman şirkətlərinin Şərqi və Mərkəzi Avropa, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafının hazırki durumuna və gələcək iqtisadi-ticarət perspektivlərinə dair həmin ölkələrin səfirləri tərəfindən məlumatlandırılması məqsədini daşıyıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov alman şirkətlərinə ölkəmizdəki davamlı inkişaf, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunda mövcud olan biznes imkanları və investisiya layihələri barədə ətraflı məlumat verib, onları Azərbaycanla ticarət əlaqələri qurmağa və ölkəmizə sərmayələr yatırmağa dəvət edib.

Daha sonra Azərbaycan masasında ölkəmizdə fəaliyyət göstərməyə maraq göstərən alman şirkətləri ilə təfsilatlı müzakirələr aparılıb və konkret əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. 

Arxiv üzrə axtarış