2017-10-21

Detmold şəhərində Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25-ci ildönümünə həsr olunmuş konsert keçirilib

21 oktyabr 2017-ci il tarixində Almaniyanın Detmold şəhərində bəstəkar Xədicə Zeynalovanın rəhbərliyi ilə beynəlxalq “Bridge of Sound”  klassik alətlər ansamblının ifasında Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25-ci ildönümünə həsr olunmuş konsert keçirilib. Konsertin tərəfdaşları Detmold şəhər meriyası və “Kulturteam Detmold - Hangar 21” təşkilatı olub. Tədbirdə alman və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub. Konsertdə alman ictimaiyyəti, Almaniyada yaşayan həmvətənlərimiz və Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndəsi iştirak ediblər.  

 

Arxiv üzrə axtarış