2018-01-19

Berlində keçirilən Beynəlxalq Yaşıl Həftə Sərgisində Azərbaycan təmsil olunur

19 yanvar 2018-ci il tarixində Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən Beynəlxalq Yaşıl Həftə öz işinə başlamışdır.

Sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur və orada 14 şirkətimizin məhsulları nümayiş olunur.

Həmin gün Beynəlxalq Yaşıl Həftə sərgisinin və eyni zamanda milli stendimizin açılışı olmuşdur.

Tədbirdə və ona paralel olaraq keçirilən 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda Azərbaycan Respublikasından Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkmişlər.

Sərgidə və milli stendimizin açılışında Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramin Həsənov da iştirak etmişdir.

Arxiv üzrə axtarış