2018-05-14

Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin Konsulluq bölməsinin əməkdaşları tərəfindən Nürnberq şəhərində səyyar konsul qəbulu keçirilmişdir.

12 may 2018-ci il tarixində Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi tərəfindən Almaniya Federativ Respublikasının Nürnberq şəhərində Azərbaycan Respublikasının vətəndaşları üçün səyyar konsul qəbulu təşkil edilmişdir. Qəbul zamanı səfirliyin əməkdaşları tərəfindən vətəndaşlarımıza konsulluq-hüquq sahəsində məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, konsulluq əməliyyatları ilə bağlı sənədlər qəbul edilmiş və səfirliyin konsulluq şöbəsində göstərilən xidmətlər barədə ətraflı məlumatlar diqqətə çatdırılımışdır. Qəbulda 60–a qədər Azərbaycan Respublikası vətəndaşları və soydaşlarımız iştirak etmişdir.

Arxiv üzrə axtarış