2018-04-05

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərakatının (QH) Fələstin üzrə Nazirlər Komitəsinin iclasında çıxışı.

Zati-aliləri,

Qoşulmama Hərəkatı Üçlüyünün (Troika) üzvü qismində Bakıda QH-nın Fələstin üzrə Nazirlər Komitəsinin iclasına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Sizi bu sessiyada səmimi qəlbdən salamlayır və uğurlu müzakirələr diləyirik.

İlk öncə Fələstin xalqı ilə tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və davamlı həllinə qəti dəstəyimizi bir daha bəyan etmək istərdim. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir.

Təəssüf ki, şiddət və münaqişələr hələ də dünyada inkişaf və tərəqqiyə maneə  yaradır. Yaxın vaxtlarda Qəzza zolağında baş verən hadisələr dərin narahatlığımıza səbəb olur.

Qonşu Ermənistanla həll edilməmiş münaqişədən, işğal edilmiş ərazilərimizdə etnik təmizləmə və qeyri-qanuni məskunlaşmadan əziyyət çəkən bir dövlət kimi Azərbaycan Fələstini tamamilə və aydın şəkildə anlayırıq.

Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq etmiş və bir-birini dəstəkləmişlər. Bu həmrəylik ruhu müxtəlif mərhələlərdə öz sübutunu tapmışdır. Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı” və “Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” kimi iki uğurlu konfransa ev sahibliyi etmiş və Müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırmışdır. 2017-ci ildə Azərbaycan Bu il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi etmişdir.

Məlumat üçün qeyd etmək istərdim ki, 2018-ci ilin sonunda Azərbaycan hökuməti Bakıda Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etməyi planlaşdırır.

Təşəkkür edirəm. 

Arxiv üzrə axtarış