2019-02-21

Səfir Ramin Həsənov Almaniya Bundestaqının deputatı Aleksandr Kulits ilə görüş keçirib

Səfir Ramin Həsənov 21 fevral 2019-cu il tarixində Almaniya Bundestaqının deputatı, Azad Demokratlar Fraksiyasının xarici ticarət və xarici iqtisadi məsələlər üzrə sözçüsü Aleksandr Kulits ilə görüş keçirib.

Görüşdə regional və qlobal iqtisadi və təhlükəsizlik məsələləri, habelə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla Almaniya arasındakı iqtisadi əməkdaşlıq müzakirə olunub.

Arxiv üzrə axtarış