2019-06-13

Almaniya Bundestaqının vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət edib

 

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyəti iyunun 12-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üstünə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

https://azertag.az

Arxiv üzrə axtarış