2019-06-19

Azərbaycanın özəl sektor nümayəndələri Menecer Təlimi Proqramında iştirak edirlər

Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi tərəfindən maliyyələşdirilən Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və “AHP International GmbH” şirkəti tərəfindən həyata keçirilən Menecer Təlimi Proqramı çərçivəsində Azərbaycanın özəl sektor nümayəndələri 11 iyun – 6 iyul 2019-cu il tarixlərində Manhaym və Kotbus şəhərlərində təlimlər keçməkdədirlər.

Təlimlər çərçivəsində 17.06.2019-cu il tarixində Kotbus şəhərinin Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə müvafiq brifinq tədbiri keçirilib.

Kotbus şəhərinin Sənaye və Ticarət Palatasının və Brandenburq İqtisadi İnkişaf Agentliyinin nümayəndələri iştirakçılar qarşısında çıxış edərək təmsil etdikləri regionun iqtisadi “profil”i, əsas sənaye sahələri, mühüm iqtisadi sektorları və ixrac məhsulları barədə onları məlumatlandırıblar.

İclasda Səfirliyimizin nümayəndələri iştirak və çıxış ediblər. Çıxışımız zamanı ölkəmizdəki iqtisadi vəziyyət, əldə olunmuş nailiyyətlər, aidiyyəti sektorlardakı inkişaf, müvafiq sahələrdə regional bağlantıların daha da gücləndirilməsinə töhfələrimiz, eləcə də Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələrinin cari durumu barədə məlumat verilib.

 

Arxiv üzrə axtarış