2019-06-21

Səfir Ramin Həsənov Haynrix Böll Fondunun Cənubi Qafqaz regional ofisinin yeni təyin olunmuş rəhbərini qəbul edib

20 iyun 2019-cu ildə səfir Ramin Həsənov Haynrix Böll Fondunun Cənubi Qafqaz regional ofisinin yeni təyin olunmuş rəhbəri Ştefan Maysteri Səfirlikdə qəbul edib.

Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. R.Həsənov Haynrix Böll Fondunun təmsilçisini regionda gedən proseslər, Azərbaycandakı inkişaf və həyata keçirilən islahatlar, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan nəhəng regional layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki vəziyyət barədə məlumatlandırıb.

Səfir Ş.Maysterə Haynrix Böll Fondunun Cənubi Qafqaz ofisinin rəhbəri vəzifəsində uğurlar arzu edib.

Arxiv üzrə axtarış