2019-11-15

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin Konsulluq bölməsi tərəfindən 30.11.2019-cu ildə Köln şəhərində növbəti səyyar konsulluq qəbulu təşkil ediləcəkdir

Vətəndaşlarımıza və soydaşlarımıza hüquqi yardımın göstərilməsi və konsulluq xidmətləri ilə bağlı maarifləndirmə işinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin konsulluq bölməsi tərəfindən 30 noyabr 2019-cu ildə Şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərində növbəti səyyar konsulluq qəbulu təşkil ediləcəkdir.

Qəbul zamanı konsulluq-hüquq məsələləri, o cümlədən Azərbaycan Respublikasına giriş vizalarının, ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi, vətəndaşlığa xitam verilməsi, vətəndaşlığın bərpası, vətəndaş vəziyyəti aktları ilə bağlı şəhadətnamələrin, təkrar şəhadətnamələrin və arayışların alınması, sənədlərin sorğu edilməsi və digər konsulluq əməliyyatları ilə bağlı məlumatlar təqdim ediləcəkdir.

Qəbulun vaxtı:

                                    30 noyabr 2019-cu il, saat 10.00-dan 15.00-dək

Qəbulun yeri:

                                    Senats Hotel

                                    Unter Goldschmiede 9-17,

                                    50667 Köln

 

           

Əlaqə məlumatları:

                                    Email: berlin_consul@mfa.gov.az

                                    Tel:     030 206 48 063

Arxiv üzrə axtarış