2020-05-11

Berlin şəhərində Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

9 may 2020-ci il tarixində Berlin şəhərində Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Almaniyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri ilə yanaşı, Almaniya Federal Prezidentinin administrasiyasının və Xarici İşlər Nazirliyinin dövlət katibləri, Berlin şəhərinin meri, Saksoniya Federal torpağının Baş naziri, müharibə  veteranları, habelə KİV nümayəndələri iştrak etmişlər. Koronavirus pandemiyasına görə, Berlin meriyası tərəfindən bu il təşkil olunan tədbirlərdə sosial distansiyaya riayət etmək şərtilə məhdud sayda şəxsin iştirakına icazə verilmişdir.  

Tədbirə qatılan Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov Berlin şəhərinin Treptov və Tiergarten parklarında Sovet əsgərlərinin şərəfinə ucaldılmış abidələr önünə əklillər qoymuşdur.

 

Arxiv üzrə axtarış