2021-05-06

Faşizm üzərində qələbə günü və Ramazan bayramı münasibətilə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində 9-15 may 2021-ci il tarixləri qeyri-iş günləridir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş  mayın 16-dan başlayacaq.

Əziz həmvətənlərimiz, Sizi faşizm üzərində qələbə günü  və Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə gözəl əhval-ruhiyyə, cansağlığı, səadət və sevinc dolu bayram günləri arzulayırıq. 

 

Mənbə: https://nk.gov.az/az/article/1518/

Arxiv üzrə axtarış