2021-05-10

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində anılıb

10 may 2021-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Azərbaycan Respublikasının Berlindəki səfirliyində anılıb, Ulu Öndərin səfirliyimizdəki büstü önünə çiçəklər qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Ramin Həsənov çıxışında Ulu Öndərin Vətənə olan sonsuz sevgisindən, ölkəmizin çiçəklənən və qüdrətli dövlətə çevrilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. Səfir bildirib ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu daxili və xarici siyasət ölkəmizin müstəqil dövlət olaraq nəinki regionda, eləcə də dünyada söz sahibi olan ölkələrdən birinə çevrilməsi, habelə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnib. Səfir Ümummilli Lider Heydər Əliyevin yaddaşlara əbədi həkk olunduğunu qeyd edib, onun irsinin dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Arxiv üzrə axtarış