2021-11-04

Səfir Ramin Həsənov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) nümayəndə heyəti ilə görüş keçirib

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov 3 noyabr 2021-ci il tarixində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Berlin şöbəsinin rəhbəri Fikrət Doğanın başçılıq etdiyi heyəti ilə görüş keçirib. Görüşdə həmçinin MÜSİAD-ın Berlin şöbəsinin İdarə Heyətinin üzvləri Sezai Akan, Mustafa Yılmaz, Zəkəriyya Bayraq və Sultan Bayraq iştirak ediblər. Görüşün keçirilməsinin məqsədi cari ilin 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumunda (IBF - International Business Forum) iştirak edəcək nümayəndə heyətinin səfərinin daha səmərəli olması üçün Azərbaycanın iqtisadi potensialı və biznes mühiti ilə bağlı qonaqları məlumatlandırmaqdan ibarət olub.

Arxiv üzrə axtarış