2021-11-08

8 NOYABR - Zəfər Günü Almaniyada geniş şəkildə qeyd olunub

8 NOYABR - Zəfər Günü Almaniyanın paytaxtı Berlin şəhərində coşqulu şəkildə qeyd olunub. Tədbiri Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov giriş nitqi ilə açıb. Səfir çıxışında Müzəffər Ali Baş Komandan,Prezident İlham Əlivevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfərimizdən danışıb, şəhidlərə rəhmət və qazilərə şəfa diləyib. Tədbirdə AR Diasporla İş Komitəsinin nümayəndəsi, habelə Almaniyada yaşayan Azərbaycan diasporunun təmsilçiləri də çıxış ediblər. Çıxışlarda Vətən Müharibəsi zamanı Azərbaycanın haqq işinin təbliğində Almaniyada yaşayan azərbaycanlıların rolu vurğulanıb. Diaspor nümayəndələrinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub. Tədbirdə həmçinin, Vətən Müharibəsi zamanı ürəyi Azərbaycanla döyünən, ölkəmizin zəfərinə sevinən publisist Matias Volf çıxış edib və xalqımızı, habelə Almaniya azərbaycanlılarını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra verilən ziyafət zamanı tədbir iştirakçılarının Azərbaycan musiqisinin sədaları altında bir-birilərini şəxsən təbrik etmək və fikir mübadiləsi aparmaq imkanları olub.

Bundan əlavə, paytaxt Berlindəki Brandenburq Qapıları önündə Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən 44 Gün” adlı fotosərgi-tədbir keçirilib. Fotosərgi vasitəsilə azərbaycanın işğaldan azad olunmuş torpaqlqrında Ermənistan tərəfindən törədilmiş vandalizm nümunələri paytaxt sakinlərinin diqqətinə çatdırılıb.

Həmçinin Almaniyanın Köln şəhərində Zəfər Günü ilə bağlı “Füsünkar Musiqi”adlı konsert keçirilib. Konsert Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qələbəyə, şəhidlərimizə və qazilərimizə həsr olunub. Tədbirdə Zəfər Günü ilə bağlı videoçarxlar, Azərbaycan rəssamların əsərləri nümayiş etdirilib.

 

Arxiv üzrə axtarış