2022-01-12

Səfir Ramin Həsənov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin almaniyalı məzunlarına yubiley medalı təqdim edib

11 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində səfir Ramin Həsənovun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin almaniyalı məzunları Herman Şlaxta, Klaus Kares və Sonya Vraze ilə görüş keçirilib. Görüşdə səfir Ramin Həsənov “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalını həmin ali təhsil müəssisəsinin almaniyalı məzunlarına təqdim edib. Görüş zamanı həmçinin Azərbaycanda yaradılmış alman məskənləri, Azərbaycan ali təhsil müəssisələrində təhsil almış almanlar, Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və həyata keçirilən birgə layihələr, habelə ölkəmizin enerji siyasəti və turizm potensialı və s. mövzular müzakirə edilib. Qonaqlar görüş zamanı Azərbaycanla bağlı xoş xatirələrini bölüşüblər və Azərbaycan xalqının qonaqpərvərliyinin, eləcə də ölkəmizin təbii gözəlliklərinin onlarda xoş təəssürat yaratdığını vurğulayıblar.

 

Arxiv üzrə axtarış