2022-02-27

Berlində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob keçirilib

27 fevral 2022-ci il tarixində Berlin şəhərinin mərkəzində, Brandenburq Qapıları önündə Almaniyada fəaliyyət göstərən "Varlıq fondu" tərəfindən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob keçirilib. Aksiyada 613 ədəd şamdan istifadə olunmaqla Xocalı qurbanları və soqırımının 30-cu ildönümü anılıb. Fləşmoba maraq böyük olub. Fləşmob zamanı Xocalı soyqırımına dair buklet və flayerlər paylanılıb, ziyarətçilərə insanlığa qarşı törədilmiş bu ağır cinayətlə bağlı ətraflı məlumat verilib.

 

Arxiv üzrə axtarış