2022-03-05

Səfir Ramin Həsənov Almaniyanın Şimali Reyn və Vestfaliya əyalətinə səfər edib

Səfər çərçivəsində 4 mart 2022-ci il tarixində səfir Ramin Həsənovun Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) baş katibi Dr. Kai Siks ilə Bonn şəhərində görüşü baş tutub. Görüşdə Azərbaycan və DAAD arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfir Ramin Həsənov eyni gündə Kölnə səfər edərək şəhərin meri Henritte Reker ilə görüş keçirib. Görüşdə Azərbaycan və Almaniya arasındakı münasibətlər, o cümlədən regional məsələlər barədə konstruktiv fikir mübadiləsi aparılıb. O, Köln şəhərinin Qızıl Kitabına imza atıb.

Səfir Köln şəhərində yaşayan diaspora nümayəndələrimiz ilə də gorüşüb, eləcə də bu şəhərdə keçirilən Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Həkimlərin Forumunda iştirak edib və açılış nitqi söyləyib.

Arxiv üzrə axtarış