2022-05-09

9 may- Faşizm üzərində Qələbə Günü

09 may 2022-ci ildə Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov və səfirliyin əməkdaşları Faşizm üzərində Qələbə Gününün 77-ci ildönümü münasibəti ilə Berlin şəhərinin Treptov və Tiergarten parklarındakı abidələri ziyarət ediblər.

Abidələrin önünə əklillər qoyulub və faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb.

Arxiv üzrə axtarış