2022-09-29

Səfir Nəsimi Ağayev Bundesverin Hamburq İdarəetmə Akademiyasından olan seminar iştirakçılarını qəbul edib

28 sentyabr 2022-ci il tarixində səfir Nəsimi Ağayev Almaniya Federativ Respublikası (AFR) silahlı qüvvələrinin (Bundesver) Hamburq İdarəetmə Akademiyasının Siyasət, Strategiya və Sosial Elmlər fakültəsinin “Dünyadakı böhranlar və münaqişələr” seminarının rəhbəri Rupert Şteger (Rupert Steeger) və seminarın 16 nəfər iştirakçısını səfirlikdə qəbul edib.

Keçirilmiş görüş çərçivəsində səfir Nəsimi Ağayev qonaqlara Azərbaycanın xarici və təhlükəsizlik siyasəti, o cümlədən dünya nizamına verdiyi töhfələri barədə ətraflı məlumat vermiş, Azərbaycanın və Ermənistan arasında post-münaqişə vəziyyəti mövzusunda müzakirələr aparılmışdır.

Arxiv üzrə axtarış