2023-03-29

Azərbaycanın energetika naziri Almaniyaya səfər edib

Energetika naziri Pərviz Şahbazov 28-29 mart tarixlərində Almaniyanın federal xarici işlər naziri Annalena Berbok və Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habekin dəvəti ilə 9-cu “Berlin Enerji Keçidi Dialoqu” konfransında iştirak üçün Almaniyaya səfər edib. “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Azərbaycan energetika nazirinin iştirakı ilə Almaniyanın 20-dən çox enerji şirkəti və biznes dairələrinin iştirakı ilə “Azərbaycan neft-qaz hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Almaniyanın Külək Enerjisi Assosiasiyası, Şərqi Biznes Assosiasiyası, İqtisadi İnkişaf və Xarici Ticarət üzrə Federal Assosiasiya, “Siemens Energy, “Uniper”, “Notus Energy”, Enerji Agentliyi-DENA, Almaniya-Azərbaycan Ticarət Palatası, “EDEG ED-Energy”, “DEIG Energietechnik,” “ALPHA GmbH”, “Windcomp GmbH”, “SAP SE ” və digər  biznes dairələrinin təmsil olunduğu dəyirmi masada Azərbaycanın enerji tədarükü mənbələrini şaxələndirən siyasəti və enerji keçidi planları çərçivəsində yeni əməkdaşlıq təklifləri müzakirə olunub. Energetika naziri Pərviz Şahbazov səfər çərçivəsində həmçinin Almaniyanın İqtisadi Məsələlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyinin dövlət katibi Anja Hajduk, İsrailin Energetika Nazirliyinin baş direktoru Yaakov Blitshtein. Moldovanın energetika nazirinin müavini Karolina Novak, “Uniper” şirkətinin vitse-prezidenti Michael Hilmer,“Siemens Energy” şirkətinin baş vitse-prezidenti Ariel Porat ilə ikitərəfli görüşlər keçirib.

Arxiv üzrə axtarış