2024-01-30

Almaniyada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında növbədənkənar Prezident Seçkiləri keçiriləcəkdir. Almaniyada daimi və müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşları Berlin şəhəri, Klingelhöferstraße 20 ünvanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində səs verə bilərlər. Səsvermə 7 fevral 2024-cü il tarixində saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaqdır.


Diqqət! 7 fevral 2024-cü il tarixində səsvermədə iştirak edəcək vətəndaşlar etibarlıq müddəti bitməmiş Azərbaycan Respublikası ümumvətəndaş pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

s

Arxiv üzrə axtarış