2024-06-12
Xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfər edib
10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazirin 11-12 iyun tarixlərində Berlin şəhərində keçiriləcək Ukrayna Bərpa Konfransında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
https://www.mfa.gov.az/az/news/no25224