2024-08-23

Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə!

7 sentyabr 2024-cü il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Frankfurt am Mayn şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır. 
Səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.
Müraciət etmək istəyən vətəndaşlardan ad, soyad, ata adı, pasportun surətini və əlaqə nömrəsini consul_berlin@mission.mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Arxiv üzrə axtarış