2023-12-07

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasında Prezident seçkiləri tarixdə ilk dəfə bütün ölkə üzrə 125 seçki dairəsində keçiriləcək. İlk dəfə olaraq bütün ölkə üzrə: Şuşa, Xankəndi, o cümlədən işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində seçki məntəqələri açılacaq.

 

Mənbə: https://azertag.az/xeber/azerbaycanda_novbedenkenar_prezident_sechkileri_elan_edildi____serencam-2843355 

Arxiv üzrə axtarış