2024-04-26

İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyanın Federal Kansleri Olaf Şolts və xarici işlər naziri xanım Annalena Berbok qarşıladılar.

Sonra tədbir iştirakçıları birgə foto çəkdirdilər.

https://president.az/az/articles/view/65638

Arxiv üzrə axtarış